Gözəllik
Bu maskalar sayəsində illər sizdən yan keçəcək
Belə bir deyim var ki, qadının yaşını boynu ələ verir. Həqiqətən də, çox vaxt dəri qırışmağa sinə və boyundan başlayır. Ancaq ev şəraitində hazırlaya biləcəyiniz maskalarla 10 yaş gənc görünə bilərsiniz.
Publika.az boyun və sinə nahiyəsi üçün ən effektli maskaları təqdim edir:
Limon maskası
1 ədəd limonla, 2 çay qaşığı buğda yağını və 1 ədəd yumurtanın ağını qarışdırın. Maskanı sinə və boyun nahiyələrinə çəkib masaj edin. 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyunun. Maskadan həftədə bir dəfə istifadə edin.
Doşab maskası
4 çay qaşığı üzüm doşabı ilə 1 çay qaşığı yulaf ununu və 2 çay qaşığı buğda yağını qarışdırın. Maskanı çəkib 20 dəqiqə saxlayın. Daha sonra soyuq su ilə təmizləyin. Maska həftədə bir dəfə çəkilməlidir.
Ballı maska
1 ədəd yumurtanın ağını, 2 çay qaşığı qarğıdalı nişastası və 2 çay qaşığı bal ilə qarışdırın. Maskanı sinə nahiyəsinə çəkib 20 dəqiqə gözləyin. Daha sonra soyuq su ilə yuyunun. Maskadan həftədə iki dəfə istifadə etmək lazımdır. Bu maska xüsusilə də, sinədə yaranmaş qırışlara və elastikliyin itməsinə qarşı təsirlidir.
Ləman Sultan
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi