İdman
Cüdoçularımız Avstriyaya yollanır
Azərbaycan cüdoçuları bugünlərdə daha bir yarışda qüvvələrini sınayacaqlar. Artıq bir neçə turnirdə ardıcıl olaraq iştirak etmiş yığmamız bu dəfə Avstriyanın Obervart şəhərində təşkil olunacaq açıq Avropa çempionatında yarışacaq. Çempionat fevralın 13-14-də keçiriləcək və yarışa 52 ölkədən 301 cüdoçu qatılacaq.
Komanda.az xəbər verir ki, baş məşqçi Peter Zayzenbaher bu dəfə əsasən ehtiyat qüvvəyə güvənəcək. Belə ki, 21 nəfərlik heyətdə millinin əsas heyətindən yalnız Uşanqi Kokauri (+100 kq) yer alıb.
Cüdoçularımızdan Vüqar Şirinli, Elbrus Zamanov, Oruc Vəlizadə, Davud Məmmədsoy (hamısı 60 kq), Hidayət Heydərov, Telman Vəliyev, Rəşad Rufullayev, Turan Seyidov (hamısı 66 kq), Fəqan Quluzadə, İsmayıl Piriyev, Vüqar Bayramov (hər üçü 73 kq), Əbdülhəq Rəsullu, Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov, Tural Səfquliyev, Şahin Qəhrəmanov (hamısı 90 kq) və Cəlil Şükürov (100 kq) da heyətə daxil edilib.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO