Rusiya və İranı qorxudacaq qərar: Ankara və Ər-Riyad razılaşdı
Bizi izləyin

Dünya

Rusiya və İranı qorxudacaq qərar: Ankara və Ər-Riyad razılaşdı

Səudiyyə Ərəbistanı və Türkiyə birgə hərbi təlimlər keçirəcək.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, bu barədə razılaşma Türkiyənin baş naziri Əhməd Davudoğlu və Baş qərargah rəhbəri Hulusi Akarın Ər-Riyada səfərində əldə olunub.

Hərbi mənbələrin sözlərinə görə, general Akarın səfəri İslam ordusu və İŞİD terror təşkilatı ilə mübarizə aparan koalisiya çərçivəsində deyil, ikitərəfli əlaqələr çərçivəsində olub. Buna baxmayaraq, səfər zamanı “təhdidlərə qarşı ortaq strateji əməkdaşlıq” razılaşdırılıb. İki ölkə silahlı qüvvələri birgə hərbi təlimlər keçirəcək.

Məlumata görə, Türkiyə və Səudiyyə Ərəbistanı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını keçirəcək. İclasda hərbi səlahiyyətlilər ikitərəfli səviyyədə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə edəcəklər. Ankara və Ər-Riyadın hədəfi iki ölkənin silahlı qüvvələrinin regional problemlərə müdaxilə mövzusunda ortaq davranış sərgiləməsidir.

“Hürriyyət” Türkiyə və Səudiyyənin hərbi əməkdaşlığının artmasının Səudiyyənin İranla münasibətlərinin pisləşdiyi bir dövrə təsadüf etməsinə diqqət çəkir. Bildirilir ki, Ankara İranın bu yaxınlaşmadan narahat olma ehtimalını nəzərə alaraq hərəkət edir. Amma qeyd olunur ki, Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı hərbi əməkdaşlığa ABŞ da dəstək verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm