Dünya
Prezident efirdə homoseksualları təhqir etdi
Özbəkistan prezidenti İslam Kərimov televiziyada yayımlanan çıxışında homoseksuallıq haqqında alçaldıcı tərzdə danışıb.
Publika.az-ın azadlıq.org-a istinadən verdiyi
xəbərə görə, prezident eynicinsli münasibətlərdə olan kişilər və
qadınlarda "hər halda nəsə çatışmır" deyib.
Homoseksuallıq hərəkətlərinə görə üç ilə qədər həbs cəzasının
nəzərdə tutulduğu ölkənin prezidenti eynicinslilərin intim
münasibətlərini Qərb mədəniyyətinin "vulqar" təzahürü
adlandırıb.
"Biz... Qərb mədəniyyətindən danışırıq. Biz onu vulqar
mədəniyyət adlandırırıq. Siz bilirsiniz mən nəyi nəzərdə tuturam.
Bu barədə qadınların yanında danışmaq da uyğun deyil. Düşünürəm ki,
kişilər kişilərlə, qadınlar qadınlarla yaşayırsa deməli, nəsə
düzgün deyil,". Kərimov başını göstərib və əlavə edib ki, "Burada
nəsə çatışmır. Bir məsəl var: Allah bir adamın abırsızlığını ortaya
qoymaq istəyəndə əvvəl onun ağlını alır."
Qeyd edək ki, Özbəkistan homoseksuallığın qeyri-qanuni sayıldığı
yeganə keçmiş sovet respublikasıdır. Hərçənd cinsi azlıqların
nümayəndələrini təcrid etmək cəhdləri digər keçmiş sovet
respublikalarında da edilib və ya edilməkdədir.
2013-cü ildə Rusiya prezidenti Vladimir Putin "uşaqlar arasında qeyri-ənənəvi cinsi münasibətlərin təbliğini" qadağan edən qanun imzalayıb.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."