Gecə tərləməsi hansı xəstəliklərə işarədir?
Bizi izləyin

Sağlamlıq

Gecə tərləməsi hansı xəstəliklərə işarədir?

Qalın geyinəndə, otaq isti olanda və ya həddən artıq stressli vəziyyətlərdə gecələr tərləyə bilərsiniz. Bu, normal haldır və tərləmə səbəbi olan sadaladığımız amilləri aradan qaldırdıqda, bu, həll olunacaq. Ancaq hər hansı səbəb olmadan, hər gecə mütəmadi olaraq tərləyirsinizsə, bu, müxtəlif xəstəliklərin əlamətidir.

Publika.az gecə tərləmələrinin səbəblərini araşdırıb:

Hamiləliyin qarşısını alan dərmanlar

Mütəxəssislər bildirirlər ki, gecə tərləməsi qadınlarda doğuşdan sonra, klimaksdan öncə, klimaks dövründə və ya hamiləliyin qarşısını alan dərmanlardan istifadə zamanı müşahidə edilə bilər. Bu zaman gecə tərləməsi böyrəküstü vəzlərin daha çox işləməsinə səbəb olur, bu da yorğunluq, kökəlmə, depressiyaya gətirib çıxarır. Ancaq narahat olmaq lazım deyil. Həkimə müraciət edərək qan testindən keçməli və həkimin məsləhət gördüyü vitaminlərdən istifadə etməlisiniz.

Qanda şəkərin az olması

Gecə tərləməsinin digər səbəbi də qanda şəkərin miqdarının az olmasıdır. Xüsusilə də, insulindən istifadə edən şəkər xəstələrində müşahidə edilə bilər. Belə olan halda həkimə müraciət edərək insulinin dozasını yenidən müəyyənləşdirmək lazımdır.

Hiperhidroz – həddən artıq tərləmə xəstəliyi

Bəziləri hiperhidroz xəstəsi olduğunu bilmir. Ovcun içi, ayaqlar, qoltuqaltı və boyun nahiyələri tərləyirsə, bu xəstəlikdən şübhələnə bilərsiniz.

Digər səbəblər

İnfeksiyalar, qrip, vərəm, QİÇS, qan xərçəngi də gecə tərləmələrinə səbəb ola bilər. Gecə tərləməsi yuxu pozğunluğu və çəkinin azalması ilə müşayiət olunursa, mütləq həkimə müraciət edin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm