Qırmızı.az
Bakının bu sürüşmə zonasında vəziyyət kəskinləşib
“Son günlər yağışlı və küləkli hava Zığ qəsəbəsində sürüşmə zonasını aktivləşdirib. Sürüşmə nəticəsində əmələ gələn çatlarda bir neçə santimetr genişlənmə var”.
Bunu Publika.az-a qəsəbənin evi təhlükədə olan sakini Rafiq Abbasov bildirib.
Onun sözlərinə görə,təhlükəli şəraitdə və təşviş içində yaşayan 50-dən çox sakinə bir neçə ay öncə 3 gün ərzində köçürüləcəkləri deyilsə də, hələ köçürülmə baş tutmayıb:
“Qəsəbədə vəziyyət çox çətindir. Təzəlikcə buradan köçüb gedən yoxdur. 44 nəfəri siyahıya almışdılar ki, torpaq veriləcək. Amma bu torpaqlar da verilməyib ki, tikib buradan uzaqlaşaq. Nazirlər Kabinetindən bizə bildiriblər ki, problemə Bakı Şəhər İcra Hakimiyyəti baxır. Bakı meri ilə görüşmək istəyirik, amma sakinlər bir yerə yığılmır ki, gedib görüşək. Heç olmasa, 15-20 nəfər getsə, dərdimizi deyə bilərik”.
Qeyd edək ki, sürüşmə zonasından ümumilikdə 500 ailənin köçürülməsi nəzərdə tutulub. 2 beşmərtəbə - 39 və 43 saylı binalar da daxil olmaqla 120 ev qəzalı vəziyyətdədir.
Gülnar Əliyeva
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu