Dünya
İNANILMAZ: Ölkənin ikinci böyük gölü qurudu – FOTO
Boliviyada sahəsinə görə ölkənin ikinci böyük gölü sayılan Poopo gölü quruyaraq yoxa çıxıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Avropa Kosmik Agentliyinin peyk vasitəsilə çəkilişləri zamanı aşkarlanıb. Məlum olub ki, Poopo gölü tamamilə quruyub. Duzlu gölün yoxa çıxmasını Yer kürəsinin səthinin monitorinqi ilə məşğul olan “ЕКА Proba-V” mini peyki üzə çıxarıb.
2014-cü ilin aprelində, 2015-ci ilin iyulunda və 2016-cı ilin yanvarında aparılmış çəkilişlər zamanı məlum olub ki, ərazisi əvvəllər 3000 kvadrat kilometr olan su hövzəsi tədricən buxarlanıb.
3 metr dərinliyə malik göl quraq ərazidə yerləşib. Avropa Kosmik Agentliyindən bildiriblər ki, Poopo bununla yanaşı iqlim dəyişikliyinə də məruz qalıb. Göldə quruma ilk dəfə 1994-cü ildə qeydə alınıb. Lakin bunun qarşısı alınıb. Ekspertlər bildirirlər ki, Pooponun bu dəfə bərpa edilməsi illərlə vaxt aparacaq. Bu səbəbdən göl həmişəlik də yoxa çıxa bilər.
Duzlu Poopo gölü ölkənin cənubunda, Oruro şəhərindən 130 kilometr məsafədə yerləşib. Göl köçəri quşların, o cümlədən flaminqoların məskəninə çevrilmişdi. Poopo sahəsinə görə Titikakidən sonra Boliviyanın ikinci böyük gölü idi.
Anar Tağıyev
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO