Nida.az
Rusiyanın Yaxın Şərqdən çıxması üçün Qarabağda savaş – MÜHARİBƏ QAPIMIZDA
“Dağlıq Qarabağda müharibənin başlaması Rusiyanın
diqqətini Yaxın Şərqdən yayındıra bilər”.
Publika.az xəbər verir ki, bu barədə çexiyalı
analitik Lukas Vizingr “Echo24” portalına açıqlamasında
deyib.
Onun sözlərinə görə, Azərbaycan Rusiya və Türkiyənin dostudur:
“Lakin Dağlıq Qarabağ məsələsində Türkiyə onu birbaşa dəstəkləyir
və bu, hazırkı geosiyasi situasiyada vacib amildir. Azərbaycanın
qoruyucusu Türkiyə və Ermənistanın qoruyucusu Rusiya arasında
münasibətlər pisləşib və bu, ciddi siqnallardan xəbər
verir”.
Analitik hesab edir ki, Türkiyə Qafqaza doğru siyasətini
kəskinləşdirəcək.
“Qafqazda partlamağa hazır olan Dağlıq Qarabağ münaqişəsində
vəziyyət xeyli gərginləşib. Müharibənin başlaması Rusiyanın
qüvvələrinin dağıdılması və diqqətinin Yaxın Şərqdən yayınması
demək olar ki, bu da Türkiyə və müttəfiqlərinə sərf edir. Belə
görünür ki, Azərbaycan üçün ya sülh danışıqları, ya da müharibə
variantı arasında elə də böyük fərq yoxdur. Bakı hansı yolla olursa
olsun, torpaqlarını geri almaq istəyir. Bu baxımdan hesab etmək
olar ki, Dağlıq Qarabağda müharibə başlayır, Rusiyanın qüvvələri
parçalanır və Türkiyənin Yaxın Şərqə yolu açılır”, - deyə Lukas
Vizingr deyib.
Asif Nərimanlı
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı