Tabloid.az
Mətanət əsgərlər üçün mahnı oxudu: “Kim anasını...” – VIDEO
Mətanət İsgəndərli əsgərlərimizə və övladı şəhid olan analara mahnı ithaf edib.
Publika.az xəbər verir ki, “Anaların naləsi” adlanan mahnının sözləri müğənninin özünə, musiqisi Nailə Mirməmmədliyə məxsusdur.
İfaçı yeni işi haqqında bunları deyib: “Hər bir azərbaycanlı kimi mənim də şəhidlərimizə görə içim qan ağladı. Mən də anayam, övlad itirən anaların dərdi bizim də dərdimizdir. O acını necə yaşadığımı sözlə ifadə edə bilmirəm. Hər gün Allaha dua eləmişəm ki, əsgərlərimizi dərd-bəladan qorusun. İçimizdə ağlasaq da, üzdə bunu büruzə verməməliyik ki, düşmən baxıb sevinməsin. İnsan ağlayanda gücsüz olur. Arzu edirəm ki, işğal altında olan digər torpaqlarımız da azad edilsin. Biz özgənin torpağını tutmamışıq. Haqq bizim tərəfimizdədir. “Vətən anadır” deyirik, kim anasını düşmənə verər? İnşallah, qələbə sevincini yaşayarıq. Qarabağ bizimdir, bizim də olacaq. Hamımız Ali Baş Komandanın ətrafında birik. Allah əsgərlərimizi düşmənin gülləsindən qorusun. Analara övlad itkisi yaşatmasın. Bu mahnımı da əsgərlərimizə, övladı şəhid olan analara ithaf etmişəm”.
Cəvahir
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi