Nida.az
Millət vəkilindən sərt çıxış: “Minlərlə azərbaycanlı Rusiya və İranda...”
“İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatında bir çox işlər göstərilməklə yanaşı, təşəbbüslər və təkliflər operativ şəkildə həllini tapmalıdır”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin I müavini Vilayət Eyvazovun çıxışına münasibət bildirərkən, millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, yüzlərlə uşaq təhsildən yayınaraq məcburi əməyə cəlb olunur: “Onlar valideyn himayəsində olduğu üçün diqqət çəkmir. Bunlar potensial məcburi əməyə cəlb edilənlərdir. Problemin həlli istiqamətində alınan qərarlar təqib olunmalıdır.
Görülən işə məsuliyyətlə yanaşılmasının nəticələrini görməliyik. Uşaqların doğurdan da küçələrdən yığışdırılması üçün real iş görüldüyü barədə bilgilərin olması çox vacibdir.
Valideynləri qeyri-qanuni miqrant olaraq çalışmağa getdikləri üçün, Türkiyədə 2 mindən artıq azərbaycanlı uşağın sənədləri olmadığından təhsil hüququndan məhrumdurlar. Suriyadan gələn qaçqınların 85 faizi təhsilə cəlb olunublar. Amma 2 mindən artıq Azərbaycan uşağı İranın dini cərəyanlarının təsirinə düşür. Sabah İranda dindar adı altında yetişdirilən öz vətəndaşlarımız olacaqlar”.
F.Mustafa qeyd edib ki, azərbaycanlıların təhsilə cəlb olunmasını təmin etmək potensial insan alveri qurbanlarının qarşısını almaq üçün vacib işlərdən olacaq: “Rusiya və İrana təhsil adı ilə aparılan, məcburi əməyə cəlb olunan insanların aşkar edilməsi olduqca vacib addımlardandır”.
Vasif Həsənli
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI