"Eurovision" Dağlıq Qarabağ işğalçılarının "bayrağı"ını qadağan etdi
Bizi izləyin

Nida.az

"Eurovision" Dağlıq Qarabağ işğalçılarının "bayrağı"ını qadağan etdi

"Eurovision" mahnı müsabiqəsinin təşkilat komitəsi Dağlıq Qarabağ işğalçılarının "bayrağ"ının istifadəsinə rəsmən qadağa qoyub.

Bu barədə Publika.az "Eurovision"un saytına istinadən xəbər verir.

Tamaşaçıların müsabiqənin keçirilməsi zamanı istifadə edə biləcəyi bayraqlara həsr edilmiş bölümdə qadağan edilmiş bayraqların "qara siyahısı" dərc edilib.

Separatçı regionların, eləcə də İŞİD terror təşkilatının bayraqları ilə yanaşı işğalçı Dağlıq Qarabağ rejiminin "bayrağ"ı da qadağan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm