Qırmızı.az
Aydın Əliyev Şəkidə vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 29-da Şəki şəhərində, Yevlax Gömrük İdarəsinin Şəki gömrük postunun inzibati binasında Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
Publika.az xəbər verir ki, komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları barədə olub.
Qəbul zamanı komitə sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq tapşırıqlarını verib.
Vətəndaşlar onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
Qəbuldan sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında qəbul zamanı 19 müraciətin dinlədildiyini bildirib. Diqqətə çatdırılıb ki, bu müraciətlərdən 12-si gömrük orqanlarına işə düzəlmə və işə bərpa olunma, qalan müraciətlər isə gömrük işi ilə bağlı olub. Komitə sədrinin bildirdiyinə görə, qəbul zamanı gömrük rəsmiləşdirilməsi ilə bağlı hər hansı bir şirkətdən və ya sahibkarlıqla məşğul olan fiziki şəxslərdən heç bir müraciət daxil olmayıb.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi