Dünya
Gürcüstan sərhədindən 700 min Azərbaycan vətəndaşı keçib
2016-cı ilin yanvar-mart aylarında Gürcüstan sərhədini 3 milyondan çox xarici vətəndaş keçib.
Gürcüstan DİN Statistika Departamentindən
APA-nın Gürcüstan bürosuna verilən məlumata
görə, üç ay ərzində ölkə sərhədini 1,3 milyon nəfər Gürcüstan
vətəndaşı keçib və digər 2 milyon 29 min isə xarici vətəndaşlar
olub.
Məlumatda bildirilib ki, qeyd edilən müddət ərzində 707.800 nəfər
Azərbaycan vətəndaşı Gürcüstan sərhədini keçib.
Gürcüstan DİN-nin məlumatına görə, 3 ay ərzində 549,3 min Türkiyə,
466,1 min Ermənistan, 295, 9 min Rusiya, 57,3 min Ukrayna, 31,8 min
İran və 12,7 min Qazaxıstan vətəndaşları Gürcüstan sərhədini
keçiblər.
Məlumatda qeyd olunub ki, əsasən Azərbaycan tərəfdən Gürcüstana
minik, Türkiyə tərəfdən isə yük maşınları və avtobuslar keçib.
Eyni dövrdə, Gürcüstana 485,1 min minik, 82,500 avtobus və 120,000
yük maşınları sərhədi keçib.
Bu müddət ərzində Gürcüstan sərhədini 131 sərnişin və 966 yük
qatarı keçib.
Bu ilin üç ayı ərzində Gürcüstanın dəniz sərhədini 1.3 min dəfə 41
ölkənin bayrağı altında üzən gəmilər keçib. Bu rəqəmdə Türkiyə (668
dəfə) çoxluq təşkil edib. Rusiya (88 dəfə), Malta (87 dəfə) və
Panama (71 dəfə) Gürcüstanın dəniz yolu ilə dövlət sərhədini
keçib.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO