Gələcəyin ölkəsi - bunlara başqa yerdə rast gəlmək mümkün deyil
Bizi izləyin

Dünya

Gələcəyin ölkəsi - bunlara başqa yerdə rast gəlmək mümkün deyil

Estoniya 1,3 milyon əhalisi ilə gələcəyini tamamilə internetə bağlayaraq dünyanın ən texnoloji ölkəsi olma yolunda irəliləyir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, müstəqillik qazandıqdan sonra gəlirini yalnız bir neçə fabrik və kağız istehsalından əldə edən Estonyada 2000-ci ildən sonra az qala bütün əməliyyatlar internet üzərindən icra edilir.

-Ölkənin az qala hamısı pulsuz Wi-Fi ilə təmin edilib.

-Estonyalı seçicilər 2007-ci ildən sonra seçkilərə dünyanın harasında olmasından asılı olmayaraq internet vasitəsilə qatılırlar.

-2000-ci ildən bu yana hökumət və parlament kağızdan istifadə etmir, bütün əməliyyatlar elektronik qeydiyyat sistemi ilə icra edilir.

-Səhiyyə sistemində də vəziyyət eynidir. Reseptlər elektronik qaydada yazılır.

-Uşaqlar 7 yaşından etibarən məktəblərdə kompüter və proqramlaşdırma dərsləri keçirlər.

-Əgər hər hansı bir çatışmaqlıq olmasa, 2020-ci ildən etibarən nağd puldan istifadə olunmayacaq.

-Estoniya Konstitusiyası ilə vətəndaşlara pulsuz internet almaq hüququ verən yeganə ölkədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm