Ukrayna OĞRU dedi, ATV cavab verdi (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Ukrayna OĞRU dedi, ATV cavab verdi (YENİLƏNİB)

Ukraynanın sözügedən kanalının rəsmi internet səhifəsində irəli sürülən ittihamları ATV-nin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu Publika.az-a açıqlamasında belə cavablandırıb: “Bakı balaca şəhərdir, heç nə gizlin qalmır. Əgər hansısa restorandan rüşvət alınıbsa, ortaya fakt qoyub, bunu sübut eləsinlər. İttiham eləmək asandır, amma bunu sübuta yetirmək lazımdır. Qaldı ki, həmin telekanaldan ATV-yə rəsmi məktub ünvanlanmasına, xeyr, bizə belə bir etiraz məktubu daxil olmayıb. Ümumiyyətlə, hansısa telekanal rəsmi internet səhifəsində nə istəsə yaza bilər, bu, o anlama gəlmir ki, onların yazdıqları həqiqətdir. ATV yalnız rəsmi etiraz məktubu göndərildiyi halda o kanala cavab verəcək”.

12:38

ATV-nin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu Publika.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: “Ukraynanın “Novıy kanal” teleşirkəti ATV kanalına heç bir rəsmi etiraz məktubu göndərməyib. Əgər sözügedən kanal ATV-yə rəsmi məktub ünvanlasa, lisenziya göstərib, ittihamı əsaslandırsa, o halda telekanal onlara cavab verəcək”.

***

12:11

“Azərbaycanın ATV telekanalı bizim “Revizor” və “Revizorro” verilişlərinin plagiatı ilə məşğuldur. Bizə bu barədə məlumat çatan kimi bu kanalın “Yoxlama” adı altında gedən həmin verilişlərinə YouTube-da baxdıq. Bu, əsil plagiatdı. Azərbaycan telekanalı müəllif hüquqlarını kobud şəkildə pozub”.

Bu sözləri Ukraynanın “Novıy kanal” teleşirkətinin hüquq departamentinin rəhbəri Yekatirina Moroz bildirib. Xanım Morozun dediyinə görə, Azad Azərbaycan telekanalı onların verilişini “bütünlüklə sanki köçürüb”.

O bildirib ki, “Novıy kanal” və onlardan lisenziyanı alıb bu verilişi Rusiyada yayımlayan "Пятница!" kanalı ilə birgə verilişin yayımının dayandırılması tələbilə ilə ATV-yə müraciət olunub.

“Revizor” verilişinin layihə rəhbəri Viktoriya Burdukova isə bildirib ki, onlara “Yoxlama” verilişinin restoranlardan pul tələb etməsi ilə bağlı Azərbaycandan şikayət daxil olub: "Araşdıracağıq. Yoxlama verilişi dayandırılmalıdır."

Yekatirina Moroz isə bildirib ki, Azərbaycan istəsə belə onlara verilişin lisenziyasını vermək istəmirlər: "Çünki, illərlə bu verilişin nüfuzunu qorumuşuq. Pul tələb edənlərə biz lisenziya verə bilmərik". (http://revizor.novy.tv/novyny/ v-azerbaydzhani- oskandalilisya-z-revizorom- 88762.html.

Qeyd edək ki, bu ilin fevralında "1+1" telekanalını eyni əsasla məhkəməyə verərək kanalı 75 min AZN

(1 milyon 218 min qrivn) məbləğində cərimələyiblər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm