Kənd təsərrüfatı məhsullarının ixracı 54 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Kənd təsərrüfatı məhsullarının ixracı 54 faiz artıb

2016-cı ilin yanvar-may aylarında 132,8 milyon dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub.

Publika.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 54,3 faiz artıb.

Hesabat dövründə 85239.4 ton tərəvəz, 21972.2 ton meyvə, 1069.5 ton tütün, 6582.1 ton pambıq ixrac edilib.

Nazirlikdən deyilir ki, 2016-cı ilin yanvar-may aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1341,7 milyon manat olub. Yanvar-may aylarında istehsal olunan ümumi kənd təsərrüfatının məhsulunun faizi 88,5 heyvandarlıq sahəsinin, 11,5 faizi isə bitkiçilik sahəsinin payına düşüb. Həm bitkiçilik, həm də heyvandarlıq sahəsində məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. İlin yanvar-may aylarında kənd təsərrüfatının ümumi istehsalının artım tempi ötən ilin müvafiq dövrünə nisbətən 1,7 faiz bəndi yüksək olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm