ABŞ əliboş qaldı - VİDEO
Bizi izləyin

İdman

ABŞ əliboş qaldı - VİDEO

ABŞ-da keçirilən Amerika kuboku sona yaxınlaşır.

Publika.az xəbər verir ki, artıq bürünc medalın sahibi bəllidir. 3-cü yer uğrunda oyunda ABŞ-la Kolumbiya qarşılaşıb. Meydan sahibləri minimal hesabla məğlub olaraq, medal qazana bilməyiblər - 0:1.

Yeganə qolu qarşılaşmanın 31-ci dəqiqəsində Kolumbiyanın hücumçusu Bakka vurub. Qarşılaşmaya əlavə olunmuş vaxtda hakim 2 qırmızı vərəqə göstərib. ABŞ-dan Maykl Orosko, Kolumbiyadan isə Santyaqo Aryas meydandan qovulub.

Amerika kubokunun finalında Argentina və Çili üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm