Binəli Yıldırım İsraillə tarixi razılaşmadan DANIŞDI
Bizi izləyin

Dünya

Binəli Yıldırım İsraillə tarixi razılaşmadan DANIŞDI

Türkiyənin baş naziri Binəli Yıldırım Çankara iqamətgahında və İsrailin baş naziri Binyamin Netanyahu isə Romada eyni anda mətbuat konfransı keçiriblər.

Publika.az xəbər verir ki, baş nazirlər mətbuat konfransında Türkiyə-İsrail arasında əldə olunan razılaşmadan danışıblar.

Türkiyənin baş naziri B.Yıldırım deyib ki, iki ölkə arasında əldə olunan razılaşmanın mətni üzərindəki fikirlər razılaşdırılıb.

Onun sözlərinə görə, bu tarixi razılaşma İsrail və Türkiyə münasibətlərinin normallaşması prosesinin başlanğıcıdır: “Razılaşmanın mətni sabah Türkiyə və İsrail tərəfindən imzalanacaq. Sənəd imzalanandan sonra onun təsdiqi prosesləri həyata keçiriləcək. Bilirsiniz ki, Türkiyədə bu sənədi Böyük Millət Məclisi, İsraildə isə Nazirlər Şurası təsdiq etməlidir. Sənəd təsdiqləndikdən ən qısa müddət sonra səfirlər təyin ediləcək”.

B.Yıldırım bildirib ki, münasibətlərin bərpa olunması üçün Türkiyə 2 əhəmiyyətli şərt irəli sürüb:

“Bunlardan biri Qəzzaya humanitar yardım aparan yolun açılması, digəri isə “Mavi Mərmərə” hadisəsi zamanı həyatını itirənlərin ailələrinə təzminat ödənilməsidir. İsrail tərəfi bizim şərtlərimizi qəbul edir. Buna görə də “Mavi Mərmərə” hadisəsi zamanı həyatını itirənlər üçün 20 milyon dollar təzminat ödənilir. Əslində, İsrail təzminatla bağlı şərtimizi əvvəldən qəbul etmişdi. Prosesin bu qədər uzun sürməsinin səbəbi Qəzza problemi ilə bağlı olub. Artıq bundan sonra İsrailin Aşdot limanına 10 min ton hümanitar yardım göndəriləcək. Oradan isə Türkiyənin nəzarəti altında Qəzzaya aparılacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm