İstanbul terrorunda kamikadzenin istifadə etdiyi silah tapıldı – FOTOLAR
Bizi izləyin

Dünya

İstanbul terrorunda kamikadzenin istifadə etdiyi silah tapıldı – FOTOLAR

İstanbulun Atatürk hava limanında terror aktı törədən kamikadzelərin istifadə etdiyi silahın fotoları yayılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kamikadze terrorçular özlərini partlatmamışdan öncə hava limanının xarici xətlər terminalında olan dinc insanlara Rusiya istehsalı olan “Kalaşnikov” avtomat silahından atəş açıblar. Daha sonra isə kamikadzelər hava limanı daxilində özlərini partladıblar. Partlayışdan sonra terrorçuların istifadə etdiyi avtomat silah hadisə yerində tapılıb.

Xatırladaq ki, sözügedən terror aktı nəticəsində bu dəqiqələrə olan məlumata görə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm