Avropa liderlərindən İstanbul terroruna REAKSİYA
Bizi izləyin

Dünya

Avropa liderlərindən İstanbul terroruna REAKSİYA

Avropa liderləri Brüssel görüşündə İstanbulun Atatürk hava limanında törədilən terror aktına görə Türkiyəyə baş sağlığı veriblər.

Publika.az “euronews”a istinadən xəbər verir ki, Almaniyanın kansleri Angela Merkel terrorla mübarizədə türk xalqının yanında olduğunu bildirib.

Fransa prezidenti Fransua Olland Türkiyə ilə həmrəyliyini ifadə edib. Dövlət başçısı qeyd edib ki, onlar gələcəkdə hərəkətlərini əlaqələndirməyə və terrorizmlə mübarizə üzrə təşəbbüsləri artırmağa məcburdurlar.

Avropa Şurasının sədri Donald Tusk terror aktı nəticəsində ölənlərin ailələrinə dərin başsağlığı verib: “Belə vaxtlara biz hamımız bir olmalıyıq”.

Xatırladaq ki, terror aktı nəticəsində 36 nəfər həlak olub, 147-si yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm