Putin generalları işdən qovdu
Bizi izləyin

Dünya

Putin generalları işdən qovdu

Rusiya Hərbi-Dəniz Qüvvələrinin Baltika donanmasının komandanı Viktor Kravçuk və donanma qərargahının rəisi Sergey Popov tutduğu vəzifələrindən kənarlaşdırılıblar.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin xəbərində deyilir.

Onların xidmətində ciddi səhvlərə yol verdiyi bildirilir. Səhvlər donanmada 11 may-10 iyun tarixlərində aparılan yoxlamalar zamanı üzə çıxıb.

“Xidmətində ciddi səhvlər buraxmış vəzifəli şəxslərin fəaliyyətinə qiymət hərbi müəssisənin başçısı və Müdafiə Nazirliyinin kollegiya üzvləri tərəfindən verilib”, - xəbərdə qeyd olunub.

Müdafiə naziri Sergey Şoyqu çatışmazlıqların qısa müddətdə aradan qaldırması üçün müvafiq planı təsdiq etməyə, onu reallaşdırmağa və cari ilin sonunda Baltika donanmasında təkrar yoxlamaları keçirməyə tapşırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm