AÇ-2016: 1/4 final başlayır
Bizi izləyin

İdman

AÇ-2016: 1/4 final başlayır

Fransada keçirilən Avropa çempionatında 3 günlük fasilədən sonra mübarizə qaldığı yerdən davam edəcək. Bu gün 1/4 final mərhələsi başlayır.

Publika.az xəbər verir ki, bu mərhələnin ilk oyun günündə Polşa və Portuqaliya milliləri üz-üzə gələcək. Qrup mərhələsində xal baxımından Almaniyadan geri qalmayan polyaklar iddialarını davam etdirmək arzusundadırlar. 1/8-də İsveçrəni penaltilər seriyasında üstələyən Polşa komanda oyunu sayəsində Portuqaliyaya da problem yarada bilər.

Portuqaliya da matça qələbə üçün çıxacaq. AÇ-2004-də gümüş medallara sahib çıxan pireneylilər AÇ-2012-də bürünc medallara yiyələnmişdilər. Kriştiano Ronaldo və komanda yoldaşları bu dəfə qızıl mükafata iddialıdırlar.

Portuqaliya yığması qrup mərhələsini yaxşı keçirməsə də, hələ AÇ-2016-da məğlubiyyət acısı dadmayıb. 1/8 finala qrup üçüncüsü kimi adlayan “Avropanın Braziliyası” bu mərhələdə güclü Xorvatiya yığmasını mübarizədən kənarlaşdırıb.

AÇ-2016. 1/4 final

30 iyun

23:00 Polşa - Portuqaliya

Baş hakim: Feliks Brix (Almaniya)

Marsel. “Velodrom” stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm