"Taxt-tac oyunu" barədə bilinməyən 32 fakt - FOTOLAR
Bizi izləyin

Art

"Taxt-tac oyunu" barədə bilinməyən 32 fakt - FOTOLAR

Yazıçı Corc Martinin "Buz və alovun mahnısı" romanı əsasında ABŞ-ın HBO telekanalının çəkdiyi "Taxt-tac oyunu" dram serialı dövrün ən baxımlı ekran işlərindən biridir. Dünyanın bir çox ölkələrində sevilən və böyük tamaşaçı auditoriyası olan "Taxt-tac oyunları" Azərbaycanda da maraqla izlənilir.

Publika.az “Taxt-tac oyunu” serialı haqqında maraqlı məlumatları toplayıb:

1. 2012-ci ildə 150 ailə öz qızlarına serialdakı qəhrəmanın – Kxalisi adını qoyub.

2. Serialdakı Ari qadın adı da ABŞ-da olduqca populyardır.

3. Briennu rolunu canlandıran aktrisa Qvendolin Kristi öz doğum tarixini dəqiq bilmir.

4. Serialdakı Stark Sansı adlı iti aktrisa Sofi Törner özünə götürüb.

5. Ari 14 yaşlı Meysi Uilyamsın debüt rolu olub.

6. Rob Stark Talisunun həyat yoldaşını oynayan Una Çaplin əfsanəvi aktyor Çarli Çaplinin nəvəsidir.

7. Birinci mövsümdə Vizeris Tarqarien rolunu canlandıran Qarri Lloyd isə dahi yazıçı Çarlz Dikkensin nəticəsidir.

8. Deyneris Tarqarienin bir toyda yediyi at ürəyi həqiqi deyildi. O, əslində cəmi yarım kiloqram marmeladdan hazırlamış at ürəyi idi.

9. Tirionun serialda yediyi ət də yalançı olub. Məsələ ondadır ki, aktyor Piter Dinkleyc vegetariandır.

10. Teona rolunu canlandıran Alfi Allen ingiltərəli məşhur müğənni Lilli Allenin qardaşıdır. O, hətta qardaşının hər zaman siqaret çəkməsi haqqında mahnı yazıb.

11. Tomas Brodi Sanqster serialda Joyena Ridin rolunu ifa edir. Joyena Ridin serialda 13 yaşı tamam olur. Əslində isə oğlanın 23 yaşı var.

12. Dotrakiyski dilini filoloqlar xüsusi olaraq serial üçün fikirləşiblər. Bu dildə 3000-dən çox söz var, həmçinin rus, türk, Estoniya və suaxili dilindən müəyyən sözlər götürülüb.

13. Аria və Sansa rolunu oynayan bacılar real həyatda rəfiqədir.

14. Stanissa Barationanı canlandıran aktyor Stiven Dilleyn “Qarri Porrter” filmindəki Tomi Riddlın atasıdır.

15. Piter Dinkleyc Tirion Lannister roluna ilk və yeganə namizəd olub. Onun namizədliyini şəxsən Martin təsdiqləyib.

16. Piter Dinkleyc və Lena Xidi (Serseya Lannister) serialdan əvvəllər yaxın dost olub. Piter rola daha yaxşı daxil ola bilməsi üçün Lenaya kömək edib.

17. Filmdə Coffri kral obrazını canlandıran Cek Qlison məşhur “Betmen başlanğıc” filmində balaca oğlanı oynayıb.

18. Emiliya Klark heç vaxt saçlarını saraltmayıb. Filmdə parik taxır.

19. Amma Sofi Törner (Sansa) əksinə, sarışın idi, çəkiliş üçün isə saçını tünd rəngə boyamalı olub.

20. Corc Martin artıq saqanın (Saqa - orta əsrlərdə vikinq, german və İslandiya ədəbiyyatında nəsr növlərindən biridir. Daha dar mənada isə yazıçının keçmişdə yaşanan hadisələri, xəyal gücü ilə yenidən hazırladığı və oxucularına estetik bir şəkildə ifadə etdiyi tarixi rəvayətlərdir.) necə bitirməsi barədə qərara gəlib və prodüserlərə serialın sonluğunu danışıb.

21. Serialda aktyorların əksəriyyəti Corc Martinin kitabını oxumamış seriala çəkilir. Onlar personajların başına gələnləri əvvəlcədən öyrənməkdən qorxur.

22. Kor bəstəkarı oynayan aktyor real həyatda da kordur.

23. Kral Coffrini oynayan Cek Qlison ilk epizoddan sonra Corc Martinidən məktub alıb. Saqinin müəllifi məktubunda bunlar qeyd edib: "Təbrik edirəm sizi, doğrudan da hamı nifrət edir".

24. Divarlar proobrazını yazıçı Şotlandiyada görüb.

25. İlk mövsümdə başı kəsilənlərdən biri ABŞ prezidenti Corc Buşun baş manekeni olub. Serialın yaradıcıları bu anlaşılmazlığa görə artıq üzr istəyib.

26. İlk mövsümdə Lyutovikləri şimal inuit cinsli itlər oynayıb.

27. Dördüncü mövsümdə isə bir qədər kompüter qrafikası effekti verilmiş əsl canavarlardan istifadə edilib.

28. Meyestra Piçelyanı oynayan Culian Qlover "Ulduz müharibələri" və "İndiana Consun macəraları" filmində çəkilib.

29. Mişel Feyrli yalnız Keytlin Starkı deyil, həm də “Qarri Porter” filmində Qreyncer Qermionin anasını canlandırıb.

30. Ceymi Lannister rolunu oynayan aktyor Nikolay Koster-Valdau ilk dəfə "Qara qırğı" filmində çəkilib.

31. Serialın digər versiyası heç vaxt nümayiş olunmayacaq. Orada hətta başqa aktyorlar da var.

32. Xodor və Arya DJ-liklə maraqlanırlar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm