Bakı qatarında OLAY: Qadın yolda uşaq doğdu - FOTOLAR
Bizi izləyin

Hadisə

Bakı qatarında OLAY: Qadın yolda uşaq doğdu - FOTOLAR

Bakı-Xarkov sərnişin qatarında hamilə qadın Alina Veşeteçka uşaq dünyaya gətirib.

"Azərbaycan Dəmir Yollar" QSC-dən Publika.az-a verilən məlumata görə, Bakıdan yola düşən 449/450 nömrəli Bakı-Xarkov sərnişin qatarı Volqoqrad stansiyasına yaxınlaşarkən, qatar rəisi İlhamə Bağırova, 5-ci vaqonun bələdçiləri Göyçək Hüseynova və Şeyda Fətəliyeva vaqonun sərnişini, hamilə qadın Alina Veşeteçkanın ağrılarının kəskinləşdiyini görüb ona ilkin yardım göstərib. Qadın oğlan övladı dünyaya gətirib.

Volqoqrad stansiyasında “Təcili yardım” çağırılıb, övladı dünyaya gələn sərnişin Alina Veşeteçka xəstəxanaya aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm