Artıq mövcud olmayan 10 peşə - FOTO
Bizi izləyin

Bilgi.az

Artıq mövcud olmayan 10 peşə - FOTO

Artıq mövcud olmayan 10 peşə - Foto

Bir zamanlar insanların qazanc yeri olan və yox olacağını xəyal belə etmək istəmədiyi, ancaq hal-hazırkı zamanda kimsənin də etməsinə gərək olmayan 10 peşəni təqdim edirik.


1. Bowling salonlarında keqel yerləşdirən



Bowling salonları həmişə günümüzdəki kimi olmayıb.



Əvvəllər keqelləri düzən və bu sahədə peşə sahibi kimi çalışan insanlar var idi.

2. Oyatma xidməti



"Budilnik" olmayan zamanlarda hər səhər insanları istədiyi saatda oyandıran peşə sahibləri olub.





3. Buz kəsənlər



Soyuducular ixtira olunmayan zamanlarda donmuş çay, göl və dənizlərdən buzları kəsib evlərdə istifadə edilməsi üçün satan insanlar var idi.



4. Düşmən qurğularını dinləmə sistemi



Radar icad edilməyən vaxt bu cihaz üzərindəki aksutik güzgülər sayəsində yaxınlaşan hava axınlarının səsinin dinlənilməsini təmin edirdi.



Bu cihazlar vasitəsilə dinləmələri həyata keçirən və bu sahədə peşə sahibi olan insanlar var idi.

5. Siçovul "ovçusu"



Siçovul və siçanların artdığı zaman Avropada geniş şəkildə xidmətindən istifadə olunan peşə sahibləri siçovul ovçuları idi.



Onlar ölümcül xəstəliklər yayan bu heyvanları tutmaq vəzifəsini yerinə yetirirdilər.



6. Küçənin lampalarını yandıran işçi



Elektrik lampalar icad edilənə qədər küçə lampalarını açıb-bağlayan və təmizliyini edən insanlar var idi.



7. Kötük yönləndirənlər



Texnologiyanın inkişaf etmədiyi zamanda kəsilən və çay boyunca irəli getməsi lazım olan kötüklər, çatdırılması lazim olan yerə kötük yönləndirənlər sayəsində çatdırılırdı.

8. Telefon stansiyası operatoru



Telefon stansiyasında çalışan operatorlar hər bir telefon şəbəkəsinin əvəzedilməz işçiləri idi.



Bu iş rəqəmsal formaya keçənə qədər uzaq məsafədə yaşayan insanların bir-biri ilə danışmasını təmin edən və bənzər işləri görən insanların vəzifəsi idi.

9. Cəsəd oğruları



XIX əsrdə qanuni yolla cəsəd tapmaq çətin olduğundan pul ilə xidmət göstərən cəsəd oğruları var idi. Onlar məzarları açır və universitetdə istifadə olunması üçün cəsədləri oğurlayardılar.

10. Fabrik işçilərini əyləndirmək vəzifəsi



Əl işləri ilə məşğul olan fabrik işçilərini işlədikləri vaxt əyləndirmək vəzifəsini yerinə yetirən bu insan hündür bir yerdə oturar və işçilərə kitab, jurnal və s. oxuyardı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm