Klintonun namizədliyi təsdiqləndi - 240 ildən sonra ilk
Bizi izləyin

Dünya

Klintonun namizədliyi təsdiqləndi - 240 ildən sonra ilk

ABŞ-ın Demokratlar Partiyası sabiq dövlət katibi Hillari Klintonu ölkə prezidentliyinə namizədi kimi təsdiq edib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərar partiyanın Filadelfiyadakı qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub.

Bununla da, Birləşmiş Ştatların 240 illik tarixi ərzində ilk dəfə sistem formalaşdıran iki siyasi partiyadan biri tərəfindən ali dövlət postuna qadın namizəd irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm