Tatu mürəkkəbi xərçəng xəstəliyi yarada bilər
Bizi izləyin

Sağlamlıq

Tatu mürəkkəbi xərçəng xəstəliyi yarada bilər

Avropa Kimya Agentliyinin alimləri tərəfindən aparılan tədqiqat nəticəsində tatu mürəkkəbinin orqanizm üçün təhlükəli olması aşkar edilib.

AZƏRTAC “popmech.ru” saytına istinadla xəbər verir ki, tatu mürəkkəbləri allergiyadan tutmuş xərçəngə qədər bir sıra xəstəliklər yarada bilər. Mürəkkəblərdən ən zəhərlisi qırmızı rəngdə olandır, ondan sonra göy, yaşıl və qara mürəkkəblər gəlir.

Alimlər tatu məsələsi ilə təsadüfən maraqlanmayıblar. Tatunun geniş yayılmasına baxmayaraq, prosedur zamanı lazım olan materiallara Böyük Britaniyada lisenziya tətbiq edilmir. Halbuki müvafiq maddələr dərinin altına birbaşa yeridilir.

Maraqlıdır ki, tatu biznesi ilə məşğul olanlar tədqiqatı çox yaxşı qarşılayıblar. Böyük Britaniyada tatu biznesinin nümayəndələrindən biri olan Rik Stivens bildirib ki, onlar iş prosesində dəfələrlə keyfiyyəti şübhə doğuran Çin mürəkkəbləri ilə qarşılaşıblar. Bu mürəkkəblərin keyfiyyətini yoxlama sistemi mövcud deyildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm