Nida.az
Əli Əhmədov yaş senzinin götürülməsi məsələsinə aydınlıq gətirdi
Seçmək və seçilmək hüququnun yaş həddi baxımından eyniləşdirilməsi heç də 18 yaşda vətəndaşların mütləq olaraq Milli Məclisə üzv və ya prezident seçilməsi anlamına gəlmir.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, söhbət konstitusion seçilmək hüququnun demokratik təminatından gedir. Konkret olaraq, hansı yaşda olan iddiaçının Milli Məclisin üzvü və ya ölkə prezidenti seçilməsi məsələsinin həlli seçiçilərin rəyindən asılıdır.
Ə.Əhmədov qeyd edib ki, siyasi iştirakçılıq baxımından ağlabatanlıq mülahizələri çərçivəsindən kənarda istənilən məhdudlaşdırıcı normalar, o cümlədən yaş məhdudiyyətlərinin qoyulması ədalətli sayila bilməz: "Çünki o həm fərdin hüquq və azadlığının məhdudlaşdırılmasına səbəb olur, həm də xalqın, seçicilərin seçmək hüququna müdaxilə edir".
Ə.Əhmədov əlavə edib ki, mövcud reallıqlar, ölkələr arasında iqtisadi uçurumun dərinləşməsinin daha da sürətlənməsi təkcə iqtisadi faktor olmaqdan çıxaraq siyasi məna qəbul etmiş, bütün dünyada sabitliyin və təhlükəsizliyin pozulmasına rəvac vermişdir: "Afrikanın Şimalında və Yaxın Şərqdə baş verən inqilablar və savaşlar, dəhşətli miqyaslar almış beynəlxalq terrorizm, Avropaya axan böyük insan köçü, humanitar fəlakətlər və kütləvi insan faciələri dünyanın mənzərəsini dərindən və yəqin ki, birdəfəlik dəyişib. Başa düşmək çətin deyil ki, sadalanan dünya problemləri bütün dövlətlər kimi, Azərbaycanın qarşısında da ciddi çağırışlar irəli sürür. Dünya birliyinin bir parçası olan, dünya iqtisadiyyatına inteqrasiya edən ölkəmiz o proseslərin təsirindən sığortalanmayıb. Nəzərə alınmalıdır ki, Azərbaycan bəşəriyyətin nizamını pozan, ciddi təlatümlərlə müşayiət olunan bəhs etdiyimiz hadisələrin cərəyan etdiyi coğrafiyadan çox da uzaqda deyil".
O qeyd edib: "Beləliklə, həm daxili, həm də beynəlxalq aləmdə səbəblər toplusu geniş və əhatəli islahatların aparılmasını zərurətə çevirib. Bu islahatların keçirilməməsi, hətta gecikməyə yol verilməsi ölkəmizin daha ciddi çağırışlarla üz-üzə qalmasına gətirib çıxara bilər".
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi