Qırmızı.az
Müəllimindən hamilə qalan qız körpəsindən imtina etdi
Şamaxı rayonunun Pirbəhli kəndində müəllimi tərəfindən zorlandığını iddia edən məktəbli qız dünyaya gətirdiyi körpədən imtina edib.
Bu barədə AzVision.az-a daxil olan məlumatı Ak.Mirqasımov adına
Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra
Abbasova təsdiqləyib. Onun sözlərinə görə, ana körpəsindən imtina
etməsi ilə bağlı ərizə yazıb.
“Bir ay öncə həmin xanım bizə müraciət etdi. Onun qızı dünyaya
gəldi. Uşaq doğulanda atasının həbsxanada olduğunu dedi və uşaqdan
imtina etmək istədiyini bildirdi. İmtina barədə ərizəni yazıb
xəstəxanadan getdi. Uşaq bir ay xəstəxanada qaldı. İki gün əvvəl
həmin uşağı akt yazaraq rəsmi şəkildə 1 nömrəli körpələr evinə
yerləşdirdik”- deyə şöbə müdiri vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Şamaxı rayon sakini azyaşlı qız
müəllimi Elnur İbrahimov tərəfindən zorlandığını bildirmişdi. Bu
məsələ ölkə gündəmində ciddi ajiotaj yaratmışdı.
Məktəbli qız müəllimindən hamilə qaldığını bildirmişdi.
Ekspertizanın rəyinə əsasən, zorlandığını iddia edən məktəbli
qız bakirədir. Məlum hadisə ilə bağlı Elnur İbrahimov polis
tərəfindən saxlanılıb. Barəsində cinayət işi açılıb.
Xatırladaq ki, Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan müəllim 2 uşaq atasıdır. O, məlum hadisəyədək Şamaxıda kollecdə tarix müəllimi işləyib.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi