Texnoloji
Çirkli suyu təmizləməyin yeni üsulu
Hindistanlı alim Srikanth Singamaneni Vaşinqton Universitetinin alimləri ilə birgə qrafendən istifadə etməklə çirkli suyu içməliyə çevirməyin yolunu tapıb.
Publika.az AMEA-nın saytına istinadən xəbər verir ki, alimlər günəşin altında, həmçinin çirkli suyun üzərində dayana bilən qrafen əsaslı təbəqə hazırlayıblar. Təbəqənin özəlliyi ondadır ki, üzərində qrafen olan su Günəşin altına qoyulduqda çirkli su təmizlənir. Bu zaman təbəqənin tərkibində olan bakteriyalar istilik və Günəş işığına məruz qalır. Daha sonra sellülozun bakteriyaları qrafen oksidlə kimyəvi reaksiyaya girərək çirkli suyu təmizləyib içməliyə çevirir.
S.Singamaneninin sözlərinə görə, qrafen oksidi məhz istilik və cərəyanın keçiricisi olduğundan çirkli suyu təmizləmək qabilliyətinə malikdir.
Tədqiqatçılar ümid edirlər ki, Hindistan kimi isti ölkələrdə yaşayan insanlar bu üsulla içməli suyu daha rahat əldə edəcəklər. Nəticədə, təbii resurslara əhəmiyyətli dərəcədə qənaət etmək imkanı yaranacaq.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi