İsveçdə partlayış baş verib
Bizi izləyin

Dünya

İsveçdə partlayış baş verib

İsveçin Malmö şəhərinin mərkəzində partlayış baş verib. Şəhər polis və qəza-xilasetmə xidmətinin əməkdaşları partlayış barədə məlumatdan sonra Trelleborq küçəsi, 11A-da yerləşən binaya cəlb olunublar.

"Report" xəbər verir ki, bu barədə yerli "24Malmö" nəşri məlumat yayıb.

İlkin məlumatlara görə, partlayış binadakı mənzillərdən birində baş verib. Şahidlərin sözlərinə görə, hadisə yerində yanıq iyi hiss olunur. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Polis hadisə baş verən binanın qarşısındakı küçəni bağlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm