“Putin həmin vaxt söyləmişdi ki....” – “Böyük plan” barədə ŞOK İDDİA
Bizi izləyin

Dünya

“Putin həmin vaxt söyləmişdi ki....” – “Böyük plan” barədə ŞOK İDDİA

“Türkiyə Rusiya təyyarəsinin vurulduğu gün Suriyaya girməli idi, ancaq sözügedən hadisə müdaxilənin ləğvinə səbəb olub”.

Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Hürriyyət” nəşrinin yazarı Abdülkadir Selvi çıxış edib.

Hökumətə yaxınlığı ilə tanınan yazarın sözlərinə görə,ABŞ, Türkiyə və Suriya müxalifəti “Böyük Cerablus əməliyyatı”nın planını hazırlamışdı, ancaq 24 noyabr 2015-ci ildə Rusiya təyyarəsinin vurulması ilə plan ləğv edilib.

“Suriya müxalifəti və Türkiyə Silahlı Qüvvələri qurudan girəcək, ABŞ isə əməliyyata havadan dəstək verəcəkdi. Cerablus İŞİD-dən təmizləndikdən sonra burada təhlükəsiz bölgə yaradılacaqdı. 24 noyabr 2015-ci il tarixində Rusiya təyyarəsi vuruldu. Cerablus əməliyyatı bir yana qalsın, o gündən Suriya üzərində təyyarə belə uçura bilmədik”, - Abdulkadir Selvi yazıb.

Selvi ilk Cerablus əməliyyatına Rusiya təyyarəsinin vurulması ilə maneə olduqlarını, ikinci əməliyyata isə Qaziantepdəki terror aktı ilə (avqustun 21-də toy mərasimində kamikadzenin özünü partlatması nəticəsində 54 nəfər həyatını itirib – red.) ilə mane olmağa çalışdıqlarını bildirib.

Yazar qeyd edib ki, noyabrın 15-16-da Antalyada keçirilən G-20 (“Böyük iyirmilik”) ölkələrinin liderlərinin sammitində əməliyyatın detalları Rusiya prezidenti Vladimir Putinə xəritələr üzərindən izah olunmuşdu. Deyilənə görə, Rusiya lideri “Biz yüksək səslə reaksiya verərik, amma üzərində dayanmarıq” söyləmişdi.

“Birgə əməliyyat planı ABŞ ilə hazırlanmış, sərhədə lazımı qüvvələr cəmlənmişdi. “Böyük Cerablus əməliyyatı” üçün sırada düyməni basmaq qalmışdı. İkinci Cerablus əməliyyatı üçün hazırlıqların davam etdiyi bir vaxtda Qaziantepdə toy qana boyandı. Qaziantepdəki hücumun həyata keçirildiyi gecə Cerablus əməliyyatına qatılacaq qüvvələr və texnika hazırlanırdı. Cerablus İŞİD üçün əhəmiyyətlidir. Cerablus itirilərsə, növbə Rakkaya gələcək. Amma Cerablus bizim üçün daha əhəmiyyətli. Həm İŞİD-i sərhədimizdən təmizləyəcəyik, həm də Kobanidən Afrinə qədər “kürd dəhlizi”nin yaradılmasının əngəl olacağıq. Cerablus əməliyyatının ikinci əhəmiyyətli tərəfi isə Suriya ilə bağlı siyasətimizin dəyişdiyi bir zamanla üst-üstə düşməsidir. Rusiya ilə yaxınlaşmanın nəticələrindən biri də Suriyada özünü göstərdi, “hələlik Əsəd” deyildi. Suriyanın ərazi bütövlüyünü müdafiə edən Rusiya, İran və Suriyanın yaratdığı bir blokda yer alırıq, amma İŞİD-ə qarşı əməliyyatlarda ABŞ-la birlikdə hərəkət edirik”, - türkiyəli yazar qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm