Hadisə
Azərbaycanda 141 kq heroinlə saxlanılan şəxs terrorçu çıxdı
Azərbaycanda 141 kq heroinlə saxlanılan Tacikistan vətəndaşı ölkəsində qadağan olunmuş terrorçu-ekstremist İslam Dirçəliş Partiyasının üzvüdür.
Bunu RİA Novosti agentliyinə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda vurğulanır ki , Azərbaycanda saxlanılan Mahmudjon
İsmoilov 3 ay öncə İrana köçüb və orada beynəlxalq avtomobil
şirkətlərindən birinə işə düzəlib. İranda aldığı narkotik vasitəni
Azərbaycana aparmaq və 3 milyon dollara satmaq istəyib.
Xatırladaq ki, avqustun 14-də Dövlət Gömrük Komitəsinin (DGK)
Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik
vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısını alıblar.
Gömrükçülər tərəfindən İrandan gələn Tacikistan vətəndaşı, 1985-ci
il təvəllüdlü M. İsmoilovun idarə etdiyi “DAF” markalı, GP 6925
dövlət nömrə nişanlı ağır tonajlı yük maşını saxlanılıb. Rentgen
aparatı vasitəsilə maşına baxış keçirilib və əvvəlcədən hazırlanmış
xüsusi gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin
təsviri müşahidə edilib. Bundan sonra gömrükçülərlə sərhəd nəzarət
məntəqəsinin əməkdaşları birlikdə avtomaşında yoxlama aparıb və
nəqliyyat vasitəsindən ümumilikdə 141,156 kiloqram narkotik vasitə
olan heroin aşkar olunub. Nəqliyyat vasitəsini idarə edən sürücü
ilkin ifadəsi zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana
getmək istədiyini bildirib. Sürücü saxlanılaraq istintaq
orqanlarına təhvil verilib. (azvision.az)
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu