Lənkəranskinin əynindəki forma hansı futbolçumuzundur? – FOTO
Bizi izləyin

İdman

Lənkəranskinin əynindəki forma hansı futbolçumuzundur? – FOTO

"Qarabağ" klubunun futbolçusu Əfran İsmayılov Azərbaycan milli komandasında ona məxsus "22" nömrəli formanın azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin əynində olmasını əks etdirən foto ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi açıqlamasında formanın Lənkəranskiyə necə gedib çıxdığını bilmədiyini iddia edib.

"Çox adam bununla bağlı mənə zəng edir. O formanın Lənkəranskiyə necə gedib çıxdığını bilmirəm. Həmin formanın mənə məxsus olmasına baxmayaraq, özüm verməmişəm. "Xəzər Lənkəran"da oynadığım dönəmlərdə də formalar hədiyyə etmişəm. İndiyədək çox adama forma vermişəm. O formanın oraya necə çıxdığını bilmirəm" deyə İsmayılov vurğulayıb.

Qeyd edək ki, mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin əynindəki formanın ona Əfran İsmayılov tərəfindən hədiyyə edilməsinin mümkünlüyünə dair iddialar irəli sürülüb. Əsas arqument kimi İsmayılovun 2014-cü ilin iyunundan sonlarınadək "Xəzər Lənkəran"da çıxış etməsi və Lənkəranskinin də Lənkərandan olması göstərilib. (Sportnet.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm