Bilgi.az
Bir kişi neçə dəfə arvad ala bilər?- Hüquqi şərh
Bir müddətdir ki, gündəm bir neçə dəfə nikaha girmiş kişinin növbəti dəfə qız qarıtması ilə məşğuldur. Bu, yeganə fakt deyil. Vətəndaşın ard-arda bir neçə şəxslə nikaha girməsi və boşanması faktlarına da rast gəlinir. Femida.az bir şəxsin neçə dəfə nikaha girə bilməsi barədə kiçik araşdırma aparıb.
Ümumiyyətlə, qanunda nikahın sayına qadağa nəzərdə tutulubmu?
Yaxud, bir şəxs istədiyi qədər nikaha daxil ola və boşana
bilər.
Mövzu ilə bağlı suallara hüquqşünas Məhərrəməli Həmidov
aydınlıq gətirib.
Onun sözlərinə görə, qanunvericilkdə nəzərdə tutulmuş şərtlərə əməl
etməklə, hər bir şəxs say məhdudiyyəti olmadan nigaha daxil ola
bilər. Sadəcə, nikahın pozulması haqqında şəhadətnaməni alana qədər
yenidən nikaha daxil ola bilməz.
"İstər bir neçə dəfə nikaha daxil olan şəxslərə, istər nigahın
pozulmasını tələb edən şəxslərə, hansısa məsuliyyət nəzərdə
tutulmayıbdır. Lakin, buna baxmayaraq, nigahın bağlanmasına mane
olan hallar da vardır. Məsələn, yaxın qohumlar nəvələr, doğma və
ögey qardaş və bacılar, övladlığa götürənlər və övladlığa
götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda
olan şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya
kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti
olmayan hesab edilən şəxslər arasında nigahın bağlanmasına yol
verilmir.
Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə
əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq
hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs
zorla evləndirilə (ərə verilə) bilməz.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.1-ci maddəsinə əsasən
Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar
üçün 17 yaş müəyyən olunur.
İstər müvafiq icra hakimiyyəti orqanı, istər məhkəmə tərəfindən
nigahı pozulmuş şəxs yenidən nigah daxil olarsa, bu, onun növbəti
nigahı sayılır. Lakin, nigah etibarsız sayılarsa və nigahı
etibarsız sayılmış şəxs növbəti nigaha daxil olarsa, bu onun ilk
nigahı kimi qeydə alınacaq. Nikah məhkəmə qaydasında etibarsız
sayılır. Qanunvericilikdə nəzərdə tutulmuş şərtlər pozulduqda,
eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti
olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Etibarsız
hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
Göründüyü kimi, ümumi qaydada nigaha daxil olmaqa və nigahın
pozulmasını tələb etməyə görə məhdudiyyət yoxdur. Lakin, Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən arvadın
hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra bir il ərzində
arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia
qaldıra bilməz. Bu qayda uşağın ölü doğulduğu və ya bir yaşına
çatanadək öldüyü hallara da şamil olunur. Nikahın pozulması
tələbinə dair işə baxılmasına arvadın razılığı olmadıqda hakim
iddia ərizəsini icraata qəbul etməkdən imtina edir, ərizə icraata
götürülmüş olduğu halda isə işin icraatına xitam verir.
Nikahın pozulmasını hətta üzrsüz səbəblərə görə tələb edən
şəxslərə, məhdudiyyətin və məsuliyyətin nəzərdə tutulmaması çoxlu
sayda ailələrin dağılmasına səbəb olur.
"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"
Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs ailə həyatına hörmət
hüququna malikdir. Bu hüquq yalnız həmin maddədə və qanunda nəzərdə
tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda müdaxiləyə
məruz qala bilər. Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə
əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə
öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara
malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq