Poroşenko: “Putin istəyir ki, Rusiya imperiyasına...”
Bizi izləyin

Dünya

Poroşenko: “Putin istəyir ki, Rusiya imperiyasına...”

“Rusiya prezidenti Vladimir Putin istəyir ki, bütün Ukrayna Rusiya imperiyasının hissəsi olsun”.

Publika.az xəbər verir ki, bu sözləri CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

Poroşenkonun sözlərinə görə, əgər 2013-cü ildə ondan Krımın Rusiya tərəfindən işğalının mümkünlüyünü soruşsaydılar, bunun olmayacağını deyərdi. Dövlət başçısı həmçinin deyib ki, əgər 2014-cü ilin yanvarında ona Ukraynanın şərqinə minlərlə Rusiya hərbi qulluqçusunun müdaxiləsi haqqında sual versəydilər, bunun mümkün ola bilməyəcəyini deyərdi.

“Rusiya təcavüzü müharibədən (II Dünya Müharibəsi - red.) sonra yaranan qlobal təhlükəsizlik sistemini tamamilə dağıtdı”, - Poroşenko vurğulayıb.

Ukrayna prezidenti Rusiya tərəfindən bombalanan Suriyanın Hələb şəhərində də vəziyyətin eyni olduğunu bildirib: “Onların yalnız bir hədəfi var, dünyada sabitlik daha az olmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm