Dünya
Rusiyanın ən çirkli şəhərində – FOTOLAR
Rusiyalı fotoqraf Elena Çernişova 2 həftəsini Rusiyanın ən çirkli şəhəri Norilskdə keçirərək oradakı çətin həyat şərtləri ilə tanış olub.
Publika.az xəbər verir ki, 1935-ci ildə Şimal qütbündə kölə işçilərin düşərgəsi olaraq salınan Norilsk hazırda Rusiyanin ən böyük sənaye şəhəridir.
Burada ilin iki ay qaranlıq keçir. Temperatur isə tez-tez -55 dərəcəyə düşür.
Şəhərin 180 min əhalisi var. Onlar həyatda qalmaq üçün hər gün soyuq və çirkli hava ilə mübarizə aparmalı olurlar. Havanın nə qədər çirkli olduğunu təsəvvürünüzə gətirməyiniz üçün təkcə bu faktı qeyd edək ki, burada qar bəzən qara rəngdə yağır.
Buradakı mədənlərdə işləmək o qədər çətin və təhlükəlidir ki, işçilərin pensiya yaşı 45-ə endirilib. İşçilərə rəsmi olaraq 90 gün tətil haqqı verilib.
Həkimlər bildirirlər ki, iki ay Günəş görməmək əhalidə bır sıra sağlamlıq problemləri yaradır. Onlar yuxusuzluqdan və depressiyadan əziyyət çəkirlər.
Uşaqlar tənəffüs problemlərindən əziyyət çəkir, mis mədənlərinin yaxınlarında yaşayanlarda isə qulaq, burun və boğaz xəstəlikləri meydana gəlir.
Ölkənin digər şəhərləri ilə müqayisədə burada insanların ömrü 10 il daha qısadır.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."