Rusiyanın Baş Qərargah rəisinin Türkiyə səfəri təxirə salındı (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Rusiyanın Baş Qərargah rəisinin Türkiyə səfəri təxirə salındı (YENİLƏNİB)

Rusiyanın Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin avqustun 26-də Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Valeriy Gerasimovun səfərinin təxirə salınmasının səbəbi açıqlanmır.

***

Rusiyanın Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 27-də Türkiyəyə səfər edəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, rusiyalı general avqustun 27-də Ankarada Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla bir araya gələcək.

Valeriy Gerasimovun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla da görüşləri gözlənilir.

Türkiyə mediası yazıb ki, görüşlərdə regional hərbi münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi, ikitərəfli hərbi əməkdaşlıq, İŞİD terror təşkilatı ilə mübarizə və digər bu kimi məsələlərin müzakirəsi gözlənilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm