65 yaşlı kişini it dişləyib
Bizi izləyin

Hadisə

65 yaşlı kişini it dişləyib

Ağdamda 65 yaşlı kişini it dişləyib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun köçkünlərin məskunlaşdığı Qasımbəyli qəsəbəsində qeydə alınıb.

Adığözəlov Əkbər Əvəz oğlu,Ağdam Mərkəzi Rayon Xəstəxanasına, sol əlin cızılmış, dişlənmiş yarası ilə yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən xəbərə görə Ə. Adığözəlovun quduzluğa qarşı peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm