Tovuzda güclü külək fəsadlar yaradıb
Bizi izləyin

Hadisə

Tovuzda güclü külək fəsadlar yaradıb

Tovuzda güclü külək bir sıra fəsadlar yaradıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında qərb bölgəsində müşahidə olunan küləkli hava şəraiti Tovuzda dağıntılar yaradıb.

Rayon Fövqəladə Halla Komissiyasından verilən məlumata görə, təbii fəlakət nəticəsində rayon mərkəzində 5 və 2 mərtəbəli yaşayış binasının dam örtüyü uçub. İri bir ağac kökündən qoparaq Bakı – Qazax magistral yoluna düşüb. Həmçinin Tovuz şəhərində də külək xeyli sayda ağacları kökündən qoparıb.

Əlverişsiz hava şəraiti nəticəsində Qovlar şəhərində yerləşən 7 kəndi elektrik enerjisi ilə təmin edən yarımstansiyada yanğın yaranıb. Hazırda ətraf kəndlərin elektrik enerjisiz olduğu bildirilir.

Küləyin Tovuzun kəndlərində də fəsadlar yaratdığı bildirilir. Məlumata görə, hazırda fəsadların aradan qaldırılması istiqamətinə rayonda iş aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm