Nepalda zəlzələ: sakinlər evlərini tərk edir
Bizi izləyin

Dünya

Nepalda zəlzələ: sakinlər evlərini tərk edir

Nepalın qərbində 4 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Mərkəzi məlumat verib. Məlumata görə, yeraltı təkanların episentri Bacura rayonunda, paytaxt Katmandudan təqribən 600 km. aralıda qeydə alınıb. Yerli sakinlər yeni, daha dağıdıcı yeraltı təkanlardan ehtiyatlanaraq evlərini tərk ediblər.

Hələ ki, təkrar təkanlar baş verməyib, lakin əhalinin bir qismi küçələrdə gecələməyə üstünlük verir.

Tələfat və ciddi dağıntılar barədə mlumat yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm