Aygün Bəylərin qardaşı adam öldürdüyü üçün həbs edildi - TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Aygün Bəylərin qardaşı adam öldürdüyü üçün həbs edildi - TƏFƏRRÜAT

Əməkdar artist Aygün Bəylərin əmisi nəvəsi Elnur Hümmətovun ölümünə görə tutulan şəxslərdən biri müğənninin qohumudur.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, tutulan şəxslərdən Abbas Hümmətov Aygün Bəylərin qardaşıdır.

***

Azərbaycanda üç il əvvəl itkin düşmüş şəxsin 5 nəfər tərəfindən öldürülərək basdırıldığı məlum olub.

Daxili İşlər Nazirliyindən (DİN) Publika.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

E.Hümmətovun meyiti eksqumasiya edilib, qeyd edilmiş şəxslər tutulublar.

Qeyd edək ki, Elnur Hümmətov əməkdar artist Aygün Bəylərin əmisi nəvəsidir. Elnur Hümmətov 2013-cü ilin mayın 21-də evdən çıxıb və geri qayıtmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm