Kreml açıqladı: “İslam Kərimovun xəstələnməsi...” VİDEO
Bizi izləyin

Dünya

Kreml açıqladı: “İslam Kərimovun xəstələnməsi...” VİDEO

Kreml Özbəkistan prezidenti İslam Kərimovun xəstələnməsindən təəssüfləndiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov İ.Kərimovun tezliklə sağalmasını arzu etdiklərini deyib.

“Sözsüzdür ki, biz Özbəkistan prezidentinin xəstələnməsindən dərin təəssüf hissi keçiririk. Moskva onun tezliklə sağalmasını arzu edir”, - deyə o bildirib.

Peskov Moskvanın Kərimovun xəstələnməsindən sonra regional vəziyyətin qarışacağından narahatlıq keçirdiyi haqda sualı yanlış adlandırıb: “Sualın bu cür quruluşunu səhv hesab edirəm. Biz Özbəkistanla münasibətlərimizi planlar istiqamətində nəzərdən keçiririk”.

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/1qE9z0PfS60" frameborder="0" allowfullscreen></iframe>

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm