56 yaşlı azərbaycanlı məşhur: “Qadın bədəni ilə kişini…” - FOTOLAR
Bizi izləyin

Magazin1

56 yaşlı azərbaycanlı məşhur: “Qadın bədəni ilə kişini…” - FOTOLAR

Səsi-sorağı Azərbaycandan daha çox xarici ölkələrdən eşidilən tanınmış rejissor Rüfət Əsədov üçün 30 avqust özəl gündür. Bu gün doğum gününü qeyd edən rejissor 56 yaşını tamamlayır. Hərçənd bu yaş heç də onluq deyil, çünki o, hər zaman formadadır.

Təəssüratlarını Publika.az-la bölüşən rejissor doğum günlərini qeyd etməyi heç xoşlamır: “Doğum günlərimi adi günlərdən biri kimi yaşayıram. Mənim anlamımda ad günü dostları bir araya yığmaq, xəbərləşmək üçün sadəcə bir bəhanədir. Gecədən telefonlarım susmur, hər kəs təbrik edir. Bu dünya, eləcə də insanları mükəmməl deyil, amma yaşamağa dəyər”.

Rejissor ona verilən hədiyyələrdən də danışıb: “Hədiyyə sevənəm. Dostlarımdan biri alışqan bağışladı, yəqin ki, gün hələ qabaqdadır. Xanımlardan da hədiyyələr gözləyirəm, amma verməsələr də sağ olsunlar. Çünki qadın həyatın mənasıdır, qadının özü Tanrının hədiyyəsi deməkdir. Amma maraqsız qadınları sevmirəm. Mənim anlamımda maraqlı olmayan qadın bədəni ilə kişini cəlb edə bilməz”.

R.Əsədov yaradıcılıq planlarını da açıqlayıb. Bildirib ki, qarşıda onu onlarla xarici festivallar gözləyir: “Festivallara hazırlaşıram, eyni zamanda yaradıcılıq işlərimi davam etdirirəm. Arzum bir yaradıcılıq işimə nöqtə qoymaq və yenisini başlamaqdır. Mənim üçün nöqtə yeni işin başlanğıcıdır. Gələn il bədii film çəkmək niyyətindəyəm”.

Qeyd edək ki, xarici ölkələrdə keçirilən nüfuzlu kinofestivallarda uğurları ilə Azərbaycanı tanıdan Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” sənədli filmi İsrailin Afula şəhərində keçirilmiş Near Nazaret Film Festivalında nümayiş olunaraq, festivalın iki diplomuna layiq görülüb. Diplomun biri məhz xalqlar arasında anlaşma və dostluğun möhkəmlənməsinə görə verilib.

Rejissor xalq artisti, tanınmış rejissor Vaqif Əsədovun əmisioğlu, ssenarist Alla Axundovanın bibisioğludur.

Yaradıcı insana yaradıcılıq uğurları və ən əsası cansağlığı arzulayırıq.

Uğurlar Rüfət Əsədov!

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm