MDB
Xanımı Çilidə uşaq dünyaya gətirən deputat vəzifədən AZAD EDİLDİ
Tolyatti Şəhər Dumasının deputatı Aleksandr Doroşkin vəzifəsindən azad edilib.
Publika.az xəbər verir ki, bu qərar Dumanın iclasında qəbul olunub və iclas “VKontakte” platformasında canlı yayımlanıb.
Duma sədri Sergey Ruzanov bildirib ki, deputat Aleksandr Viktoroviç Doroşkin daimi şəhər təsərrüfatı komissiyasının sədri vəzifəsindən istefa verməsi ilə bağlı şəxsi ərizə təqdim edib.
Qərar şəhər deputatlarının əksəriyyətinin səsi ilə qəbul olunub.
Bundan əvvəl "Baza" nəşri Doroşkinin həyat yoldaşının Çilidə uşaq dünyaya gətirdiyini yazmışdı. "Telegram"kanalın məlumatına görə, qadın sosial şəbəkələrdə əri ilə birlikdə uşağın Rusiyada deyil, Çilidə doğulması barədə qərar verdiklərini, bununla da ona “güclü pasport və səyahət imkanı” qazandırmaq istədiklərini açıqlayan video paylaşıb. Nəşr həmçinin bu xidmətin qiymətinin bir milyon rubla qədər çatdığını qeyd edib.
Öz növbəsində, Dövlət Dumasının deputatı Yevgeni Revenko belə bir vəziyyətin yolverilməz olduğunu bildirib. O vurğulayıb ki, Rusiya hərbçiləri cəbhədə döyüşdüyü bir vaxtda şəhər duması deputatının həyat yoldaşının dəbdəbəli uçuşlarla öyünməsi qəbuledilməzdir.
Hüseyn İbadlı
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
MDB13:56Fransız tarixçi niyə Rusiya vətəndaşlığını seçdi? - İlginc səbəb
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək



















.jpg)












