Sosial
Adı ölənlərin siyahısında çıxdı, 35 dəqiqə ürəyi dayandı, 1 ay komada qaldı - VİDEO
2024-cü ilin dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan və bir ay komada qalan Hafisət Çitiyeva faciənin dəhşətləri barədə danışıb.
Publika.az xəbər verir ki, o, dekabrın 25-də həyat yoldaşının yanına getmək üçün təyyarəyə mindiyini bildirib:
“Təyyarəyə yoldaşımın iki bibisi ilə birlikdə minmişdim. Hadisə baş verəndə “panika” yaranmışdı, hamı qışqırırdı. Hər şey yadımdan çıxıb. Hökumənin “hər şey yaxşı olacaq” deməsi yadıma düşür. Qəza nəticəsində belim, sol çiynim, qabırğalarım, döş qəfəsim və ayağım qırılmışdı. Belimdə implant var. Sol çiynimə görə hələ də müalicə almalıyam. Ayılanda soruşurdum ki, niyə bu vəziyyətdəyəm, heç nə başa düşmürdüm. Hələ də qorxuram, axşamlar rahat yata bilmirəm. Qəza ilə bağlı çox videoya baxmışam. Ölən insanların siyahısında mənim də adım var idi”.
Hafisət Çitiyevanın atası Hüseyn Çitiyev bildirib ki, Qəzadan sonra Aktauya gedib:
“Orada həkimlərdən soruşdum ki, vəziyyəti necədir qızımın, yaşaya bilərmi? Dedilər şükür, ölən yerdə Allah onu sizə qaytarıb. Bildirdilər ki, ilk dəfə görüblər ki, 35 dəqiqə ürəyi dayanmış birini geri qaytarmaq olsun. Bunu möcüzə adlandırdılar”.
Daha ətraflı “Baku TV”nin süjetində:
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...


















.jpg)


















