Separatçılar Rusiya-Ukrayna razılaşmasını tanımadı
Bizi izləyin

Dünya

Separatçılar Rusiya-Ukrayna razılaşmasını tanımadı

Cenevrədə əldə edilən razılaşmadan sonra da Ukraynada separatçılar hökumət binalarını təslim etməkdən imtina ediblər.

Cenevrədə əldə edilən razılaşmadan sonra da Ukraynada separatçılar hökumət binalarını təslim etməkdən imtina ediblər.

“Axar.az” xəbər verir ki, polisin separatçılara “İşğala son ver”, “Silahı təslim et” çağırışlarına məhəl qoyulmayıb.

4,5 milyon əhalisi olan Donetskdə respublika elan edən Denis Puşilin Cenevrədə özləri adına hər hansı sənəd imzalanmadığını, hökumət binalarını təslim etmək üçün Kiyev hökumətinin istefa verməli olduğunu bildirib.

Siyasi müşahidəçilər separatçılarla danışıqların müsbət nəticə verəcəyinə inamlarının az olduğunu vurğulayıblar.

Xatırladaq ki, Cenevrədə keçirilən dördtərəfli görüşdə Ukraynada yaşanan hadisələrin normallaşaması istiqamətində addımlar atılması barədə razılığa gəlinmişdi. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm