Tabloid.az
Heydər Əliyev Mərkəzində amerikalı müğənninin konserti olub
Aprelin 19-da məşhur amerikalı müğənni Maykl Bolton ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış etmişdir.
Rok-balladaları ilə bütün dünyada şöhrət qazanan tanınmış
bəstəkar və ifaçı azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni
mahnılarını səsləndirmişdir.
Əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da
doğulub boya-başa çatmışdır.
Maykl Bolton uğurlu ifaçılıq karyerası ilə yanaşı, həmçinin ABŞ-ın
ən məhsuldar bəstəkarlarından biri kimi tanınır. O, Bob Dilan, Lеdi
Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con
Lecend, Jay Z və “KİSS” qrupu kimi dünya ulduzları üçün mahnılar
yazmışdır.
“Qremmi” mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə
53 milyon nüsxədən artıq satılmışdır. Hollivudun “Şöhrət
xiyabanı”nda adına ulduz olan Maykl Boltonun repertuarında sevgi
balladaları üstünlük təşkil edir. “Can I Touch You...There?”, “How
Am I Supposed To Live Without You”, “Love is a Wonderful Thing”,
“Missing You Now” onun ən məşhur mahnılarındandır.
Maykl Boltonun Luçano Pavarotti, Xose Karreras, Plasido Dominqo,
Rene Fleminq, B.B.Kinq kimi ulduzlarla duetləri milyonların
sevgisini qazanmışdır.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi