Qoroskop
Səbuhi Rəhimlidən aprelin 21-nə olan astroloji proqnoz
QOÇ - Bir qədər mübahisəli gündür. Mövqelərinizi sarsıtmaq üçün bədxah adamların təzyiqlərinə tuş gələ bilərsiniz. Özünüzü qoruyun. Əgər işlə bağlı maneə yoxdursa, səfərə çıxmaq olar.
BUĞA - Fəaliyyət sahəsində bəzi gərginliklə rastlaşma ehtimalınız var. Özünüzü təmkinli aparmaqla bu kimi xoşagəlməzlikləri dəf edə bilərsiniz. Axşama yaxın dostlarınızla birgə olun.
ƏKİZLƏR - Əksər sahələrdə uğurlu məqamlar yaşayacaqsınız. Ürəyinizcə olan təkliflər, maraqlı adamlarla qarşılaşmaq ovqatınızı yüksəldəcək. Saat 18-dən sonra isə özünüzə qarşı diqqətli olun.
XƏRÇƏNG - Yalnız ailə-sevgi məsələlərində uğurlarınız mümkündür. Nə qədər gec deyil, qəlbinə dəydiyiniz adamlardan üzr istəyin. Mübahisə etməklə özünüzü gərgin situasiyalara yuvarlamayın.
ŞİR - Bu təqvimdə ən uğurlu hadisələr sizin bəxtinizə düşür. İşgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə olacaq. Bir sözlə, bürcünüz üçün ayın düşərli ərəfəsi bu gündən start götürəcək.
QIZ - Dünyanın yumru olduğunu bilmək heç də qeybi bilmək deyil. Bilmədiyiniz şeylər daha çoxdur. Avestanın vacib prinsiplərindən olan Xeyirxah Fikirlə qidalanın. Ruhdan düşməyin.
TƏRƏZİ - Günün birinci yarısında daxili süstlüyünüz ovqatınıza mənfi təsir göstərsə də, özünüzdə iradə toplamağı bacarmalısınız. Çünki sonrakı saatlarda sevindirici məqamlar yaşayacaqsınız.
ƏQRƏB - Sizi görmək arzusunda olanların kamını ürəklərində qoymayın. Əks təqdirdə kimlərinsə qəlbinə dəyə bilərsiniz. Bu gün imkan tapıb müqəddəs ziyarətgahlara da baş çəkin.
OXATAN - Ötən günlərin rahatlığının ziddinə olaraq bu təqvimi bir qədər gərgin şəraitdə cərəyan edə bilər. Bu səbəbdən də sutkanı bir təhər ötürmək üçün saatları sadalayın.
OĞLAQ - Bu gün heç kimin məsləhətinə əhəmiyyət verməyin. Bütün qüvvənizlə ürəyinizin sözünə qulaq asın. Günün ikinci yarısında isə darıxdığınız yaxınlarınızın evinə baş çəkin ki, rəğbət oyadasınız.
SUTÖKƏN - Planetiniz olan Uranın aktivləşmə dərəcəsinə çatması daxili gücünüzü, enerjinizi artıracaq. Bu isə uzaq görünən bəzi məntəqələrə tez yetişməyinizə rəvac verəcək. Səfərdə ehtiyatlı olun.
BALIQLAR - Olduqca təzadlı gündür. Qarşınızı kəsən maneələri dəf etmək istəyirsinizsə, etibarlı adamların məsləhətindən yararlanın. Saat 16-18 arası ulduzlar sizi sevindirməyə çalışacaq.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu