Tabloid.az
Müasir Azərbaycan qadınının obrazını dəblə birləşdirən rəssam
17 ildən artıqdır Türkiyədə yaşayan, Azərbaycan rəssamlıq sənətini illərdir xaricdə layiqli təmsil edərək bir çox sərgilərdə iştirak edən həmyerlimiz rəssam Emil Əziz Bakıda ilk fərdi sərgisini keçirəcək. ARTS COUNCİL AZERBAİJANın dəstəyi ilə baş tutacaq sərgi 3-7 may 2014-cü il tarixləri arasında Səttar Bəhlulzadə adına 1969 qalereyasında keçiriləcək.
"Səmanın rəngləri" adlı fərdi sərgidə əsəsən rəssamın müasir cizgilərlə milliliyin vəhdətini təşkil edən əsərləri sərgilənəcək. Emil Əziz müasir Azərbaycan qadınının obrazını dəblə birləşdirərək kətan üzərində əks etdirir. Emil rənglərdən cəsarətlə istifadə edərək əsərlərini bu tərzdə yaradan ilk Azərbaycanlı rəssamdır. Rəssamın əsərləri bir çox dünyaca məşhur sənət qalerealarında nümayiş olunub. Emilin dünya dəb industriyasının dahisi Vivienne Westwoodun da yer aldığı əsəri dizaynerin də marağına səbəb olub.
Qeyd edək ki, sözügedən əsər də Bakıdakı sərgidə nümayiş olunacaq. Rəsmlərində ilk növbədə qadın gözəlliyi, fantaziya, ironiya və realizmi göstərən Emil Əziz Bakıda keçiriləcək sərgidən sonra həmin əsərləri Türkiyə və digər Avropa ölkələrində də sərgiləmək fikrindədir. Rəsmlərində milli koloriti qoruması ilə yanaşı modern qadın obrazını canlandıran rəssamın ölkəmizdəki ilk sərgisinin media partnyoru Boutique Baku dərgisidir.
Zəminə
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO